Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Kırıkkale vilayətində müalicə üçün gətirildiyi xəstəxanadan cərrahi xalatla qaçan məhkum polis tərəfindən yaxalanıb.
Musavat.com xəbər verir ki, məhkumun xəstəxananın təcili yardım otağından qaçması təhlükəsizlik kamerasına düşüb.
Kırıkkale Universiteti Tibb Fakültəsi Xəstəxanasına gətirilən məhkum Ö.F.B.-nin qaçdığı öyrənildikdən sonra həbsxana rəsmilərinə və polisə xəbərdarlıq edilib. Xəstəxananın bütün kamera görüntüləri bir-bir araşdırılıb. Məhkum qısa müddətdə polis tərəfindən yaxalanıb.
Musavat.com
19 May 2025
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ