İnsanlara hürriyət, millətlərə istiqlal!

Xına gecəsi faciə ilə nəticələndi: Gəlin yaralandı - VİDEO

Kocaelinin Gölcük rayonunda keçirilən xına gecəsi faciə ilə nəticələnib. Tədbir zamanı tavandan qoparaq yerə düşən disko topu gəlin və iki qonağın xəsarət almasına səbəb olub. 

Musavat.com İHA-ya isitnadən xəbər verir ki, hadisə ötən axşam saat 22:00 radələrində Sanayi məhəlləsi, Ömər Türkçakal bulvarında yerləşən bir toy salonunda baş verib.

Xına mərasimi zamanı tavandan asılmış hərəkətli disko topu qoparaq əyləncə sahəsində olan insanların üzərinə düşüb.

Topunun düşdüyü anda əylənən təxminən 50 nəfər arasında gəlinlə birlikdə iki qonaq yaralanıb. Yaralılar dərhal təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Məlumata görə, onların hər üçünün də səhhəti yaxşıdır və həyatları üçün təhlükə yoxdur.

Xına gecəsində iştirak edən və gəlinlə bəyin hüquqi nümayəndəsi olan vəkil Rıdvan Can Erdem hadisə ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, disko topu təxminən 30 kvadratmetrlik əyləncə sahəsinə düşüb:

“Orada eyni anda təxminən 50 nəfər əylənirdi. Belə sıxlıqda ölüm hadisəsinin baş verməməsi həqiqətən də böyük şansdır”, – deyə Erdem bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

18 May 2025

BÜTÜN XƏBƏRLƏR