Onlayn ictimai-siyasi qəzet
Şairə Nazilə Səfərli yenə də səmimi açıqlamaları ilə gündəmə gəlib. O, sosial şəbəkədə paylaşdığı videoda yay üçün aldığı, lakin geyinməyə cəsarət etmədiyi şortiklərdən danışıb.
Musavat.com xəbər verir ki, hazırda Batumidə dincələn şairə yay planlarının istədiyi kimi alınmadığını deyib:
“Özümə iki şortik almışdım: birini Türkiyədən, birini Rusiyadan. Dedim ki, yay gələcək, gedib dənizdə geyinəcəyəm. Amma mən hara, atamla anamın yanında şortik geyinmək hara… Denən axı bunu niyə alırsan? Maya batdı”.
Nazilə Səfərlinin bu sözləri sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Bəziləri onun açıq və zarafatla danışma tərzini bəyənib, digərləri isə şairənin ailə dəyərlərinə və adət-ənənələrə sadiqliyini təqdir edib.
Qeyd edək ki, N. Səfərli tez-tez sosial şəbəkələrdə gündəmi tutan çıxışları və şəxsi həyatı ilə bağlı səmimi açıqlamalarıyla diqqət çəkir.
Musavat.com
08 Iyul 2025
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ