İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mənə neynədin ki, adam oldum?"

 

"Məni deyə bilməz ki, səni adam eləmişik".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Şöhrət Məmmədov deyib

Sənətçi qazandığı uğurlara görə ona təhnə vuranlara etirazını bildirib: 

"Heç bir tamaşaçı deyə bilməz ki, səni biz adam etmişik. Bu çox ağır sözdür. Onlar saatlarla o niyyətlə mahılara qulaq asmayıblar ki, bizə pul qazandırsınlar, varlanaq. Həmin vaxt mahnıya aşiq olmuşdu. Sevgilisinə göndərib, toyunda səsləndirmişdi, zövq almışdı. Bir ildən sonra mənə niyə minnət yükləyirsən? Nə hiss etdirmək istəyirsən? Mən elə tamaşaçı ilə səmimi ola bilmərəm. Mənə dəstək olmayanlardan heç vaxt küsməmişəm. Hamının özünə görə problemi var. Nəsə təqdim etməli idim ki, çağırardılar. Heç kimin ixtiyarı çatmır ki, səni biz adam etmişik deyə. Göydə Allah, yerdə öz iradəmlə lazımlı yerə gəlmişəm. Mənə neynədin ki, adam oldum, adam deyildim? Heyif, saxta profildən yazırlar, tapıb o sualı özünə verərdim".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR