Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur "Hepsi" qrupunun keçmiş üzvü Yasemin Yürük reklam çəkilişi zamanı dəhşətli hadisə ilə üzləşib.
Musavat.com xəbər verir ki, reklam çəkilişi zamanı qəfil alovlanan saçları məşhura qorxulu anlar yaşadıb.
Hadisə saniyə-saniyə kameraya düşüb və görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb.
Son zamanlar sosial şəbəkələrdə aktiv olan Yasemin Yürük reklam çəkilişi üçün kamera qarşısına keçərkən qəfil hadisə ilə üzləşib. Hadisə zamanı çəkiliş heyəti dərhal müdaxilə edib və yanğının qarşısı alınıb. Məşhur sənətçinin sağlamlıq vəziyyəti ilə bağlı verilən ilk açıqlamalara əsasən, Yürük hadisədən ciddi xəsarət almadan qurtulub. Onun vəziyyəti yaxşıdır və istirahət edir.
Qeyd edək ki, Yasemin Yürük son günlərdə keçmiş dostu Gülçin Ergüllə yaşadığı mübahisə ilə də gündəmdə idi. İndi isə həm şəxsi münasibətləri, həm də bu bədbəxt hadisə ilə sosial medianın diqqət mərkəzində qalmaqda davam edir.
Musavat.com
02 Avqust 2025
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ