İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni bacısı haqqında verdiyi çətin qərar barədə DANIŞDI

Türkiyənin tanınmış sənətçisi Seda Sayan bu dəfə şəxsi həyatı ilə bağlı emosional açıqlaması ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, o, Alzheimer xəstəliyindən əziyyət çəkən bacısını qocalar evinə yerləşdirdiyini bildirib.

S.Sayan verdiyi açıqlamada bu qərarın onun üçün nə qədər çətin olduğunu vurğulayıb:

“Bacılarımdan birini qocalar evinə yerləşdirmək məcburiyyətində qaldım. Alzheimer xəstəsi olduğu üçün küçələrdə təhlükəyə çevrildi. Bacım azırdı, küçələrdə gəzirdi, bəzən onu polis bölməsindən götürməli olurduq. Bu, çox ürək ağrıdan bir vəziyyətdir”.

Məşhur sənətçi ailəsinin yaşadığı gərginliyi də dilə gətirib. Onun sözlərinə görə, basının övladları artıq emosional və fiziki cəhətdən çox yorulublar:

“O, özü və ətrafı üçün təhlükə yaratmağa başlamışdı. Biz artıq bu vəziyyətin öhdəsindən gələ bilmirdik. Ailə olaraq çox yorulmuşduq”.

Seda Sayan keçmiş ərinin də bu dövrdə böyük dəstək göstərdiyini qeyd edib. O, bacısına indi peşəkar qayğı göstərildiyini və bunun sayəsində özlərini daha rahat hiss etdiklərini deyib:

“Heç olmasa indi harada olduğunu bilirik. Onun qayğıya ehtiyacı var və burada ona daha yaxşı baxılır. İçimiz rahatdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR