İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur paraşütçü HƏLAK OLDU

Feliks Baumqartner paraplan qəzasında həlak olub.

Avstriyalı ekstremal idmançı Feliks Baumqartner İtaliyada paraplan uçuşu zamanı faciəli şəkildə həyatını itirib.

Musavat.com xəbər verir ki, bu barədə Avstriyanın ORF telekanalı məlumat yayıb.

Hadisə hotel kompleksinin ərazisində baş verib. 56 yaşlı idmançının idarə etdiyi paraplan hovuz yaxınlığında yerləşən taxta konstruksiyaya çırpılıb və aldığı xəsarətlər nəticəsində yerindəcə vəfat edib.

Zalsburq şəhərində anadan olan Feliks Baumqartner 2012-ci ildə dünya şöhrəti qazanmışdı. O, ABŞ-ın Nyu-Meksiko səhrası üzərində 38 969 metr yüksəklikdən stratosferaya qalxaraq paraşütlə tullanan ilk insan olmuşdu. Həmin tullanış zamanı o, üç dünya rekordu müəyyənləşdirmişdi: ən yüksəkdən tullanma, ən uzun sərbəst düşmə və səs baryerini aşan ilk sərbəst paraşütçü.

Onun bu cəsarətli addımı elm və aviasiya tarixində də mühüm mərhələ hesab olunurdu. 

 

Musavat.com

photo_2025-07-18_01-18-42.jpg (40 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR