İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur telekanal fəaliyyətini DAYANDIRDI

Gürcüstanda fəaliyyət göstərən müxalif “Mtavari Arxi” telekanalı maliyyə çətinlikləri səbəbilə yayımını dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə telekanalın rəsmi bəyanatında bildirilir.

“Biz qeyri-mümkün olana belə dözdük. Təəssüf ki, Gürcüstan tarixində tez-tez təkrarlandığı kimi, qalamızı xarici düşmən yox, daxildən birisi dağıtdı. Bizə bir zamanlar bu möhkəm divarların tikilməsində yardım edən şəxs, şəxsi maraqları və ya intiqam hissi naminə “Mtavari Arxi”nin bağlanmasına səbəb oldu”, – deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, telekanal 5 il 8 ay fəaliyyət göstərib və bu müddətdə bir çox çətinliklərlə üzləşib. Yayımın dayandırılmasından sonra yalnız “Mtavari Arxi”nin rəqəmsal departamenti fəaliyyət göstərəcək – sosial şəbəkə hesabları və telekanalın rəsmi saytı yenilənməyə davam edəcək.

Hazırda telekanalı açan zaman ekranda belə bir yazı görünür: “Bura “Mtavari Arxi” idi. Bizə baxdığınız üçün təşəkkür edirik. Siz – əsas olanlarsınız (gürcücə  “mtavari” – əsas deməkdir)”.

2024-cü ilin dekabrında “Mtavari Arxi”nin baş direktoru Georgi Qabuniya bəyan edib ki, telekanalın sahiblərindən biri, iş adamı Zaza Okuaşvili onu bağlamaq qərarına gəlib. Qabuniya Okuaşvilini iqtidarda olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının maraqlarına xidmət etməkdə ittiham edib. Fevral ayının ortalarında telekanal maliyyə böhranı səbəbindən bir sıra proqramların, o cümlədən xəbər buraxılışlarının canlı yayımını dayandırıb.

Qeyd edək ki, “Mtavari Arxi” 2019-cu ildə hazırda müxalifətdə olan siyasətçi Nika Qvaramiya tərəfindən təsis edilib. Qvaramiya bundan əvvəl “Rustavi 2” telekanalına rəhbərlik edib. Məhkəmə çəkişmələrindən sonra “Rustavi 2” digər sahiblərin əlinə keçib və müxalif mövqeyini itirib. Bundan sonra Qvaramiya jurnalist komandası ilə birlikdə “Mtavari Arxi”ni quraraq hakimiyyətə qarşı yönəlmiş redaksiya siyasətini davam etdirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR