Onlayn ictimai-siyasi qəzet
Argentina yığmasının və "İnter Mayami" komandasının hücumçusu Lionel Messi futbol tarixində cərimə zərbələrindən vurulan qolların sayına görə ilk üçlüyə daxil olub.
Oxu.Az championat.com-a istinadla xəbər verir ki, MLS-də "Filadelfiya Yunion"a qarşı fərqlənən ulduz futbolçu cərimə zərbələrindən vurduğu qollarının sayını 67-ə çatdırıb.
O bu göstəricidə "Barselona" və "Milan"ın keçmiş oyunçusu Ronaldinyonu qabaqlayıb.
Bu cür qolların sayına görə "Lion"un keçmiş yarımmüdafiəçisi Juninyo Pernambukano liderdir (77 qol).
İkinci yerdə 70 qolla əfsanəvi Pele gəlir. Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun hesabında isə cərimə zərbəsindən 64 qol var.
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ