İnsanlara hürriyət, millətlərə istiqlal!

Məsud Pezeşkian “Traktor”un zəfərinə belə sevindi - FOTO

İran prezidenti Məsud Pezeşkian övladları ilə birlikdə Təbrizin “Traktor” futbol klubunun tarixi uğurunu qeyd edib.

Musavat.com-un xəbərinə görə, sosial mediadakı paylaşımdan görünür ki, Təbrizdə anadan olmuş Məsud Pezeşkian doğma klubun qələbəsinə hər bir sadə azərbaycanlı kimi sevinir.

Çəkilən şəkildə mənzilin şarlarla bəzədilməsi, divardan “Traktor” yazılmış şarfın asılması, həmçinin Təbriz klubunun adının da olduğu tortun olması ailənin hansı kluba azarkeşlik etdiyini göstərir. İstisna deyil ki, eyni vaxtda həm də uşaqlardan birinin ad günü olub. İstənilən halda bu foto İran tarixində bir ilkdir və azərbaycanlıları qürurlandırır.

Xatırladaq ki, Təbriz klubu yarandığı 55 illik tarixdə ilk dəfə İran çempionu olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR