İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldovanın ən varlı adamı gizli şəkildə Moskvaya getdi

Moldovanın ən varlı adamı, yaxınlarda Yunanıstanda “moldovan laundromatı” işi (təxminən 20 milyard dollarlıq Rusiya mənşəli korrupsiya pullarının yuyulması) üzrə həbs edilən Vladimir Plaxotnyuk seçkilər ərəfəsində saxta pasportla Rusiyaya uçaraq Kreml rəsmiləri ilə gizli danışıqlar aparıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Insider” məlumat yayıb.

Məlumata görə, Plaxotnyuk Mixail Tausanov adına saxta sənədlə Moskvaya dəfələrlə uçuş həyata keçirib. Moldova polisinin məlumatına əsasən, o, 20-dən çox saxta şəxsiyyət vəsiqəsindən, o cümlədən Ukrayna, Rusiya və Bolqarıstan pasportlarından istifadə edib.

Əldə olunan yazışmalar və dinləmələrə görə, Plaxotnyuk 2024-cü ilin iyun ayından etibarən Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak ilə gizli təmaslar qurub. Kreml qarşıdan gələn Moldova seçkiləri öncəsi bu nüfuzlu oliqarxın dəstəyinə ümid edirmiş.

Məlumata görə, iyunun 4-də Vladimir Plaxotnyuk Kozak ilə görüş keçirib və Moskvanın “Natsional” hotelində qalıb. Səfər zamanı o, hotel nömrəsini tərk etməyib və təhlükəsizlik kameralarına düşməmək üçün personal ilə təmasdan qaçmalı olub.

Bu hadisə Kreml və özünə yaxın post-sovet oliqarxlar arasında gizli əlaqələrin və siyasi manipulyasiyaların davam etdiyini göstərən növbəti nümunədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR