Onlayn ictimai-siyasi qəzet
Moskvaətrafı fermer Aleksandr Çusov demək olar ki, bir tonluq balqabaq yetişdirərək Rusiyada yeni milli rekorda imza atıb. Onun yetişdirdiyi balqabağın çəkisi 969 kiloqram olub. Nəhəng tərəvəz MDU-nun botanika bağında xüsusi nəzarət tərəzisində təqdim edilib.
Musavat.com xəbər verir ki, fermer bu balqabağı böyütmək üçün hər gün min litrə yaxın su sərf edib. Çusovun sözlərinə görə, belə bir nəhəng tərəvəz yetişdirmək üçün xüsusi zəhmət, qayğı və dözüm tələb olunur. O, prosesi idmançıların məşqinə bənzədib: “Biz bu balqabaq naminə yaşayırıq, öz ən yaxşı nəticəmizi göstərmək üçün” – deyə qeyd edib.
Bundan başqa, Aleksandr Çusov tədbir zamanı 5 kiloqramlıq nəhəng soğan da nümayiş etdirib. Onun sözlərinə görə, əsas məqsəd yalnız rekord qırmaq deyil, həm də insanlara zəhmətin və düzgün yanaşmanın nəticəsini göstərməkdir.
Musavat.com
21 Sentyabr 2025
20 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ