İnsanlara hürriyət, millətlərə istiqlal!

Övladı olmayan kişilərin nəzərinə - Androloq dərmansız müalicəni açıqladı

Androloq sonsuzluqdan əziyyət çəkən kişilər üçün təbii müalicə üsullarını açıqlayıb.

Musavat.com xəbər verir ki, rusiyalı androloq Yelena Novikova açıqlamasında kişi fertilitetini artırmaq üçün tövsiyələr verib.

"Spermqrammanın yaxşılaşdırılması yalnız pozuntular erkən mərhələdə və yüngül formada olduqda mümkündür. Bunun üçün həyat tərzini dəyişmək və aşkar edilmiş tibbi səbəbləri aradan qaldırmaq vacibdir. Piylənmə, siqaret və alkoqol istifadəsi, fiziki aktivliyin olmaması spermanın keyfiyyətinə mənfi təsir göstərir. O, həmçinin qidalanmanı nəzərdən keçirməyi, kifayət qədər zülal, sink, selenium, C və E vitamini qəbul etməyi, gündəlik rejimdə isə idmanla məşğul olmağı tövsiyə edib".

"Məşq və saunada çox qalmaq, sıx və sintetik alt paltar geyinmək, noutbuku uzun müddət diz üstündə saxlamaq, avtomobil oturacağının isitməsini istifadə etmək sperma keyfiyyətinə mənfi təsir edir"

Aşağı ətraflarda hər hansı ağrılar, xroniki iltihablar, damar genişlənməsi və digər xarici dəyişikliklər döllənmə şansını azalda bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2025

20 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR