Onlayn ictimai-siyasi qəzet
Rusiyanın paytaxtı Moskvada növbəti adam oğurluğu hadisəsi baş verib.
Rusiyanın paytaxtı Moskvada daha bir şəxs – "qədim mədəniyyətin nümayəndəsi" kimi təqdim olunan Areq Samveloviç naməlum istiqamətə aparılıb.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Yaросlavski vağzalı yaxınlığında bir neçə saqqallı şəxsin qışqıran bir rusiyalını zorla qara rəngli, xüsusi siqnal cihazı (miqalka) olan “Mercedes” markalı avtomobilə tərəf apardığı görünür.
Hadisənin şahidlərinin dediyinə görə, bir neçə dəqiqə sonra həmin şəxsi avtomobilin baqajına salaraq hadisə yerindən uzaqlaşıblar.
Qeyd olunur ki, oğurlanan şəxs səsli şəkildə polis olmadıqlarını deyib və kömək istəyib.
Hazırda hadisə ilə bağlı rəsmi qurumlardan hər hansı açıqlama verilməyib. Hadisənin motivi və şəxslər araşdırılır.
Musavat.com
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ