Onlayn ictimai-siyasi qəzet
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində yaranmış problem aradan qaldırlıb.
Musavat.com xəbər verir ki, müsabiqənin vakansiya seçiminin sonuncu günü - dünən iş yerinin dəyişdirilməsi üçün elektron sənəd qəbulu mərhələsindən keçmiş müəllimlər şəxsi səhifələrinə keçid edə bilmirdilər.
Nəticədə onlarla müəllim elektron ərizəsini təsdiqləyə bilməyib. Müəllimlər problem barədə sosial şəbəkələrdə məlumat verib sistemə cavabdeh qurumlardan kömək istəmişdilər.
Bu gün səhər saatlarında problem həllini tapıb. Müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq vakansiya seçimi edə və ərizlərini təsdiqləyə bilərlər.
Müsabiqə üzrə vakansiya seçimi bu gün - 5 may saat 13:00-da başa çatacaq.
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ