İnsanlara hürriyət, millətlərə istiqlal!

Klublararası dünya çempionatı: "Palmeyras" - "Əl-Əhli" matçı yarımçıq dayandırıldı - SƏBƏB

Klublararası dünya çempionatının A qrupunda "Palmeyras" (Braziliya) və "Əl-Əhli" (Misir) komandalarının qarşılaşdığı 2-ci turun oyunu yarımçıq dayandırılıb.

Oxu.Az xəbər verir ki, Metlayfda (İst-Rateford, ABŞ) keçirilən görüşdə hakim əlverişsiz hava şəraiti səbəbindən oyunu dayandırıb.

Qalın bulud örtüyünün yaxınlaşması və qasırğa təhlükəsi səbəbindən azarkeşlərdən arenanı tərk edərək sığınacaq tapmaq tələb olunub.

Matç 62-ci dəqiqədə dayandırılıb və hesab 2:0 "Palmeyras"ın xeyrinə olub.

Oyun qeyri-müəyyən müddətə təxirə salınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR