Onlayn ictimai-siyasi qəzet
Nüfuzlu Bloomberg nəşri NATO-nun hazırda 75 illik tarixində ən ciddi böhranla qarşılaşdığını yazır.
Musavat.com xəbər verir ki, həm təhlükəsizlik, həm də strateji baxımdan yaranan bir neçə problem alyansın gələcəyinə böyük sual işarəsi qoyub.
Professor Həl Brendsin fikrincə, NATO bir vaxtlar Süveyş böhranı, İraq müharibəsi və Fransanın hərbi komandanlıqdan çıxması səbəbindən parçalanma təhlükəsi ilə üzləşmişdi. Lakin hazırkı vəziyyət daha ciddi xarakter daşıyır və alyansın dağılma riskini artırır.
Brends onu da vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp rəsmi şəkildə NATO-dan çıxmasa da, alyansdakı mövqeyi zəiflədə bilər. Trampın fəaliyyəti amerikalıların Avropadakı hərbi iştirakını azaltmaq, müttəfiqlər arasında güvəni sarsıtmaq və strateji əlaqələri zəiflətmək yönündə olub.
Eyni zamanda, ekspert NATO-nun yeni şəraitdə yenidən formalaşması, Avropa ölkələrinin müdafiə xərclərini artırması və ABŞ-ın nüvə qorumasının davam etdirilməsi ilə alyansın möhkəmlənə biləcəyini qeyd edir.
Bloomberg-in yekun fikri belədir ki, qarşıdakı illərdə əsas məsələ Trampın NATO-nun əhəmiyyətini qəbul edib-etməməsidir.
Musavat.com
25 Iyun 2025
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ