Onlayn ictimai-siyasi qəzet
NATO-nun yeni baş katibi Mark Rütte alyansı daha da aqressiv və qorxuducu gücə çevirmək üçün üzv ölkələrin xarici işlər nazirlərinə mühüm çağırış edib.
Musavat.com xəbər verir ki, Rütte NATO-nun “daha öldürücü” təşkilata çevrilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, yalnız bu halda heç kim alyansa hücum etməyə cürət etməz.
“Mən NATO-nun daha təhlükəli və öldürücü olmasını istəyirəm. Bu o deməkdir ki, heç kim bizə hücum etməyə risk etməz”, – deyə baş katib bəyan edib.
Rütte bu məqsədə çatmaq üçün Avropa iqtisadiyyatının hərbiləşdirilməsini və üzv ölkələrin hərbi xərclərinin artırılmasını təklif edir. O, bu addımın qitədə təhlükəsizliyin əsas təminatı olacağını bildirib.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ