İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir: “Sahibkarlığın İnkişafı Fondu 2,8 milyard manatdan çox güzəştli kredit verib”

2003-2022-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 43 minədək investisiya layihəsinin maliyyələşməsinə 2,8 milyard manatdan çox güzəştli kredit verilib.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, özəl sektorun dəstəklənməsi iqtisadi siyasətimizin mühüm alətidir: "Bu layihələr hesabına 178 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb ki, bunun da 80 %-dən çoxu regionların payına düşür. Güzəştli kreditlərin 75 %-i regionlara ayrılıb".

M. Cabbarov bildirib ki, dövlət başçısının təşəbbüsü ilə sənaye zonaları - 7 sənaye parkı və 5 sənaye məhəlləsi yaradılıb: "Sənaye zonalarında ümumilikdə 10 milyard manatdan çox məhsul istehsal edilib ki, bunun da 3,4 milyard manatlıq hissəsi ixrac olunub".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

14 May 2025

BÜTÜN XƏBƏRLƏR