Onlayn ictimai-siyasi qəzet
Türkiyədə fəaliyyət göstərən məşhur Show TV telekanalı İstanbulda baş verən diqqətçəkici insidentlə bağlı xüsusi reportaj yayımlayıb. Hadisənin mərkəzində isə azərbaycanlı jurnalist Kəmalə Rüstəmova yer alıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, Kəmalə Rüstəmova İstanbulda gündəlik alış-veriş zamanı eyni məhsulların qonşu marketlə müqayisədə daha baha qiymətə satıldığını müşahidə edib və bunun səbəbini mağaza sahibindən soruşub. Jurnalist məhsulların dəyərinin niyə ikiqat baha olduğunu sadə və gülərüzlü şəkildə izah etməyi xahiş etsə də, mağaza sahibi gözlənilməz və aqressiv reaksiya verib.
Show TV-nin hazırladığı reportajda görünür ki, market sahibi əsəbiləşərək Kəmalə Rüstəmovanın çantasını yerə atıb, onun əlini zədələyib və jurnalistin fiziki təzyiqə məruz qalmasına səbəb olub. Hadisə zamanı çəkilmiş görüntülər həm zərərçəkmiş, həm də ətrafdakı insanlar tərəfindən lentə alınıb və həmin kadrlar Show TV-nin efirində yayımlanıb.
Reportajda hər iki tərəfin fikirlərinə yer verilib. Market sahibi kamera qarşısında da əsəbi və təhqiramiz tonda danışaraq, “O, məndən məhsulların niyə bu qədər baha olduğunu bir-bir soruşurdu” deyə açıqlama verib. Sonda bildirilib ki, qiymət fərqi kassada texniki səhv – satıcının səhv düyməyə basması səbəbilə baş verib.
Kəmalə Rüstəmova isə Show TV-yə verdiyi açıqlamada bildirib:
“Sadəcə olaraq, “abicim, bu niyə bu qədər bahadır, o biri marketdə daha ucuzdur” deyə soruşdum. Cavab əvəzinə isə şillə və hücumla qarşılaşdım.”
Reportajın ümumi ruhundan da hiss olunur ki, Show TV tərəflərin mövqeyini işıqlandırsa da, baş verən hadisədə mağaza sahibinin davranışları Türkiyə ictimaiyyətində qınaqla qarşılanıb.
Musavat.com həmin görüntüləri və Show TV-nin hazırladığı xüsusi materialı təqdim edir.
Musavat.com
15 May 2025
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ