İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar”

“Ödənişli parklanma fəaliyyətə başlayandan sonra bir sıra insanlar avtomobillərini binaların həyətində saxlayırlar. Parkinqə pul ödəməmək üçün harada boş həyət görürlərsə, orada parklanma edirlər. Bu, bir problemdir. Həmin binalarda yaşayan insanları anlamaq olar, öz həyətində saxlamaq istəyir. Bəs yaxın ərazidə işləyən insanlar nə etsin? Maşınlarını harada saxlasınlar?”

Bunu Musavat.com-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

ELMEDDİN.jpeg (32 KB)

“Məsələn, bizim ofis “Statistika dairəsi”ndə yerləşir. Xarici İşlər Nazirliyi isə “5 mərtəbə” dairəsində yerləşir. Mən öz ofisimizin yerləşdiyi həyətdə bir çox hallarda maşın saxlamağa yer tapmıram. Qonşular deyir ki, hətta Xarici İşlər Nazirliyinin əməkdaşları gəlib bu həyətdə maşın saxlayır. Adam 5 km yol gəlir ki, parkinqə pul ödəməsin və maşını pulsuz kiminsə həyətində saxlasın. Sakinlərə narahatlıq yaradır, amma pul ödəmək istəmir. Hansı ki, “Qış parkı” ona daha yaxındır, orada rahat parkinqdən istifadə edə bilər.

Həmin ərazidə yaşayanlar üçün kart müəyyənləşdirilib, aylıq 80 manatlıq ödəniş nəzərdə tutulub. Adam bununla da razılaşmır, 80 manatı vermək istəmir. Hər gün onun-bunun həyətində maşın saxlayır ki, 80 manatı ödəməsin. Həyat tərzini belə quran insanlar var.

Deyirlər ki, hər şey pulsuz olsun. Şəhər mühitində isə yaşayış qaydaları artıq dəyişib, buna alışmalıyıq”, - deyə ekspert bildirib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR