Onlayn ictimai-siyasi qəzet
Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə anası Fəridə xanımla birgə Bakıya gəlib.
Musavat.com xəbər verir ki, aktrisa şəhərdə lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb.
O, daha sonra pianoda ifa edən tanışının videosunu yayımlayıb və hər evdə piano olduğunu vurğulayıb.
Qeyd edək ki, Nəsrin Cavadzadə 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Mərmərə Universiteti Kino və Televiziya Fakültetinin məzunudur. Şahika Tekand Studio Oyunçularında 2 il aktyorluq təhsili alıb. Nəzrin Cavadzadə görkəmli alim Mirməmməd Cavadzadənin nəvəsidir.
Nəsrin son olaraq "Sandık kokusu" serialında rol alıb.
Könül
Musavat.com
01 Iyul 2025
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ