İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahunun ofisi Washington Post-a etiraz etdi: İrana zərbə müzakirə olunmayıb

ABŞ prezidentinin sabiq milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts İsrail baş naziri Benyamin Netanyahu ilə İrana zərbə endirmək imkanını müzakirə etdiyinə görə vəzifəsindən alınıb.

Musavat.com xəbər verir ki, məlumatı "Washington Post" qəzeti Amerika administrasiyasındakı mənbələrə istinadən yayıb.

Bildirilir ki, bu, Trampı qəzəbləndirib. Qəzetin yazdığına görə, Amerika prezidenti milli təhlükəsizlik üzrə müşavirinin Netanyahunun “İrana zərbə vurmağın vaxtının çatdığına” dair mövqeyini dəstəkləməsindən əsəbləşib. Çünki Trampın özü diplomatik həll yolu tapmağın tərəfdarıdır.

Material yayıldıqdan sonra İsrailin baş naziri Benyamin Netanyahunun katibliyi açıqlama ilə çıxış edib. Açıqlamada qeyd olunur ki, Netanyahu Mayk Uolts ilə danışıb, lakin onlar İrana zərbə endirmək imkanını müzakirə etməyiblər:

“The Washington Post”da dərc olunan xəbərin əksinə olaraq, baş nazir Benyamin Netanyahunun Mayk Uolts ilə İranla bağlı intensiv təmasları olmayıb".

Ofis qeyd edib ki, Netanyahu fevral ayında Vaşinqtona səfəri zamanı Uoltsla həqiqətən də görüşüb. Onların ABŞ prezidentinin elçisi Steven Vitkoffun da iştirak etdiyi görüş Netanyahunun ABŞ prezidenti Donald Trampla söhbətindən əvvəl baş tutub. Uolts daha sonra İsrailin baş naziri Vaşinqtonu tərk etməzdən əvvəl Netanyahu ilə ABŞ-ın vitse-prezidenti J.D.Vens arasında keçirilən görüşdə iştirak edib.

"O vaxtdan bəri baş nazir, keçmiş milli təhlükəsizlik müşaviri və Stiven Vitkoff arasında İrana aidiyyatı olmayan bir telefon danışığı olub. Biz cənab Uoltsu Birləşmiş Millətlər Təşkilatına mühüm təyinatı münasibətilə təbrik edirik".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR