İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikol Paşinyan Karapetyandan əl çəkmir

“Ermənistan Elektrik Şəbəkələri” şirkəti milliləşdirilərsə, onun sahibi Samvel Karapetyana kompensasiya ödəniləcək.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan “CivilNet” kanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ermənistanda kompensasiya verilməməsi məsələsi heç vaxt gündəmdə olmayıb.

Srbuhi Qalyan əlavə edib ki, Karapetyanın Ermənistana qarşı arbitrajda qazandığı qərar ictimai qaydalara zidd olduğu halda mütləq icra olunmalı deyil. O vurğulayıb ki, Ermənistanın da qoşulduğu Nyu-York Konvensiyasına əsasən, milli məhkəmələr bu cür hallarda qərarın icrasından imtina edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR