İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlar həbs olunacaq” - Simonyan AÇIQLADI

“Bəli, başlanmış cinayət işləri var və Ermənistanın baş prokuroru konkret şəxslər üçün gələcək. Onlar cəzalandırılacaqlar, bu, sadəcə zaman məsələsidir – onlar həbs olunacaq, həbsxanaya göndəriləcəklər”.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Onun sözlərinə görə, bu, 2008-ci ildə İrəvana qoşun yeridən, sakinlərə və ermənilərə atəş açan, daha sonra isə bu cinayətləri ört-basdır edən şəxslərə aiddir.

Simonyan əlavə edib ki, Ermənistanın ikinci və üçüncü prezidentlərinin hakimiyyəti dövründə çoxsaylı cinayətlər törədilib, seçkilər saxtalaşdırılıb, insanlar öldürülüb, siyasi qətllər baş verib, dövlət əmlakı oğurlanıb, özəlləşdirilib və digər ölkələrə hədiyyə olunub.

“İrandan gələn tranzit qaz kəmərini daraldıb kiçik boruya çevirdilər, sonra isə Serj Sərkisyan onu “ArmRosGazprom” şirkətinə, daha sonra tamamilə başqa bir ölkəyə verdi. Mən demirəm ki, bu ölkə pisdir – əksinə, çox yaxşı ölkədir və öz maraqlarını müdafiə edir. Bu, onların siyasi işidir. Bizim siyasi rüsvayçılığımız isə ondadır ki, bu insanlar siyasi meydanda real müxalifətin formalaşmasına imkan vermirlər və hələ də həbsdə deyillər”, - deyə Alen Simonyan vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR