Onlayn ictimai-siyasi qəzet
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını (Aİ) Rusiyaya qarşı müharibə niyyətində ittiham edib.
Musavat.com xəbər verir ki, Orban Aİ rəhbərliyinin məqsədinin Ukrayna müharibəsini davam etdirərək Rusiyaya qarşı preventiv zərbə endirmək olduğunu deyib. Lakin o, bu yanaşma ilə razılaşmadığını bildirib və əlavə edib:
“Avropanın təhlükəsizliyi üçün ən düzgün yol Ukrayna münaqişəsinin tez bir zamanda həll olunmasıdır”.
Orbanın sözlərinə görə, gərginliyin artması əvəzinə, diplomatik həll yolları ön plana çıxarılmalıdır.
Macarıstan baş naziri uzun müddətdir ki, Ukraynaya hərbi dəstəyin əleyhinə çıxır və münaqişənin siyasi yolla həllinə çağırış edir.
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ