İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban həyəcan təbili çaldı: “Ukraynanın Aİ-yə qəbulu Avropanı Rusiya ilə müharibəyə sürükləyəcək”

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına üzv qəbul olunacağı təqdirdə bunun Avropanı Rusiya ilə hərbi qarşıdurmaya aparacağını bəyan edib.

Musavat.com xəbər verir ki, Orban bu fikri ölkəsinin Ukrayna ilə qonşu olması səbəbilə xüsusi narahatlıqla qeyd edib.

“Əgər Ukrayna Aİ-yə qəbul edilərsə, İttifaq da müharibəyə cəlb olunacaq,” – deyə Macarıstan hökumət başçısı bildirib.

Orban əlavə edib ki, rəsmi Budapeşt yalnız müharibə riski səbəbindən deyil, həm də iqtisadi və sosial nəticələrə görə Ukraynanın Aİ-yə sürətli qəbuluna qarşıdır. Onun fikrincə, Brüsselin təkid etdiyi bu proses bütün Aİ ölkələri üçün əlavə xərclər və dərin sosial-iqtisadi böhranla nəticələnə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR