Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Orenburq şəhərində azərbaycanlı kriminal avtoritet, “qanuni oğru” kimi tanınan Zaur Şipilov (digər ləqəbi: Zaur Naxçıvanski) hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona qarşı “cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq” ittihamı irəli sürülüb.
Bu maddə Rusiya Cinayət Məcəlləsinin 210.1-ci bəndi ilə - yəni, “qanuni oğru” statusu daşımaq və ya kriminal aləmdə liderlik etmək kimi qiymətləndirilir.
Kimdir Zaur Naxçıvanski?
Zaur Şipilov 1985-ci ildə Rusiyanın Orenburq şəhərində anadan olub. O, kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Şipilovun atası 2006-cı ilin aprelində “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib. Zaur isə həmin dövrdə 21 yaşında olub və bu illərdə Rövşən Lənkəranski tərəfindən himayə olunub. Məhz Lənkəranski onun atasının yolunu davam etdirməsində mühüm rol oynayıb.
![]()
Zaur Şipilov, 2013-cü ildə Türkiyədə keçirilən bir “sxodka”da Rövşən Lənkəranskinin təşəbbüsü ilə “qanuni oğru” titulu alıb və 27 yaşında artıq “Zaur Naxçıvanski” kimi tanınmağa başlayıb. 2015-ci ilin oktyabr ayında Moskvada narkotik vasitə saxlama ittihamı ilə saxlanılaraq 3 il həbs cəzası alıb, 2018-ci ildə azadlığa çıxıb.
İndi isə o, Rusiyada kriminal iyerarxiyada yüksək mövqeyə sahib olmaq ittihamı ilə üzləşib və yenidən məhkəmə qarşısına çıxacaq.
Musavat.com
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ