İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan ABŞ şirkətlərinin kritik minerallar sahəsində fəaliyyətini genişləndirir

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Nyu-Yorkda Amerika şirkətlərinin rəhbərləri ilə ölkədə kritik mineralların istehsalı sahəsində tərəfdaşlığı müzakirə edib. Musavat.com xəbər verir ki, məlumatı Özbəkistan liderinin mətbuat xidməti yayıb.

Məlumata görə, müzakirələrdə Traxys, FLSmidth, McKinsey, Go Green Partners və Kolorado Geologiya Məktəbinin nümayəndələri iştirak ediblər. Bu şirkətlərin ümumi bazar kapitallaşması 20 milyard dolları ötür: "ABŞ-ın bu aparıcı şirkətləri və təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin praktiki aspektləri müzakirə edilib. Layihələrin sürətləndirilməsi və yeni təkliflərin hazırlanması üçün birgə işçi qrupun yaradılması və yol xəritəsinin qəbulu barədə razılıq əldə olunub".

“Traxys” şirkəti ilə 1 milyard ABŞ dolları dəyərində perspektivli kəşfiyyat və yataqların işlənməsi layihələri portfeli formalaşdırılıb və mühüm faydalı qazıntıların hasilatı, emalı və davamlı təchizat zəncirlərinin yaradılması sahəsində qabaqcıl texnologiyaların və təcrübənin tətbiqi üçün şirkətlə müqavilə və yol xəritəsi imzalanıb. FLSmidth Özbəkistanın mis sənayesinin inkişafında fəal iştirak edir. McKinsey ilə birlikdə ölkənin xammal bazasının inkişafı, potensialın genişləndirilməsi və dağ-mədən sənayesinin köklü transformasiyası üçün strategiya işlənib hazırlanıb. Go Green Partners perspektivli ərazilərdə geoloji kəşfiyyat aparmağı planlaşdırır.

Özbəkistanın Geologiya Elmləri Universitetində Kompetensiya Mərkəzinin yaradılması Kolorado İqtisadiyyat Məktəbi ilə müzakirə edilir.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR