Onlayn ictimai-siyasi qəzet
İstanbulda Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özələ hücum edən 66 yaşlı Səlcuq Tengiolu polis tərəfindən saxlanılıb.
Musavat.com xəbər verir ki, hadisə Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndərin dəfn mərasimindən sonra Atatürk Mədəniyyət Mərkəzinin qarşısında baş verib.
Səlcuq Tengiolu ilkin ifadəsində hücumu əvvəlcədən planlaşdırmadığını, Özgür Özəli qəfil gördükdən sonra impulsiv şəkildə hərəkət etdiyini deyib.
"Sağ əlim spontan olaraq qalxdı və ona vurdum”,-deyə Səlcuq Tengiolu bildirib.
Araşdırmalar nəticəsində məlum olub ki, Tengiolu 2004-cü ildə iki övladını qətlə yetirdiyi üçün ömürlük həbs cəzası alıb və 16 il həbsdə qaldıqdan sonra 2020-ci ildə şərti azadlığa buraxılıb. O, həmçinin bir müddət psixoloji müalicə alıb və müxtəlif peşələrdə çalışıb.
Hazırda Tengiolunun polis nəzarətində saxlanma müddəti bir gün uzadılıb və istintaq davam edir.
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ