Onlayn ictimai-siyasi qəzet
İstanbulda Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özələ hücum edən 66 yaşlı Səlcuq Tengiolunun keçmiş cinayətləri və ailə faciəsi yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, 2004-cü ildə o, 19 yaşlı oğlu Barışı və 17 yaşlı qızı Mutlunu silahla qətlə yetirib, digər iki övladını isə yaralayıb.
Bu hadisədən sonra ömürlük həbs cəzası alan Tengiolu, 2020-ci ildə şərti azadlığa buraxılıb.
Tengiolunun oğlu Barışın Hatayın İskenderun rayonundakı məzar daşında yazılmış ifadələr ictimaiyyətin diqqətini çəkib. Məzar daşında "Artıq yatacaq yerim var, bu dünya olsun sənə dar. Analar günündə necə qıydın bizə, acımadınmı gəncliyimizə" sözləri yer alır.
Qeyd edək ki, Özgür Özələ hücum hadisəsi, Türkiyədə siyasi liderlərin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Hadisə zamanı Tengiolu tərəfindən üzünə yumruq zərbəsi alan Özel, xəsarət almadan hadisə yerindən uzaqlaşıb. Hücum anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb və ictimaiyyətlə paylaşılıb.
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ