Onlayn ictimai-siyasi qəzet
Hindistan ordusu nəzarət xəttində yerləşən Çora kompleksi mövqeyində ağ bayraq qaldırıb.
Musavat.com xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, Pakistan ordusu nəzarət xəttində düşmənin mövqelərinə ciddi zərbə endirib. Nəticədə Hindistan ordusu Çora kompleksi postunda ağ bayraq qaldıraraq geri çəkilməyə məcbur olub.
Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, "ağ bayraqla Hindistan ordusu məğlubiyyətini etiraf edib. Pakistan Ordusu nəzarət xəttində yerləşən Çora sektorunda düşmənin mövqelərini hədəfə alıb. Əsgərlər “Allahu Əkbər!” nidaları ilə atəş açaraq düşmənin mövqeyini tam dəqiqliklə vurublar".
İqbal RZAYEV,
Musavat.com
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ