Onlayn ictimai-siyasi qəzet
Papa XIV Lev Rusiya və Ukrayna arasında İstanbulda birbaşa danışıqların başlamasını alqışlayıb və bu prosesi Ukraynada "ədalətli sülhə doğru atılmış mühüm addım" adlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə Roma Papası mətbuata verdiyi açıqlamada bildirib.
“Nəhayət, münaqişəni dayandırmaq üçün danışıqlar başladı,” – deyə Papa vurğulayıb.
Eyni zamanda, o, Qəzza zolağında davam edən humanitar fəlakətlə bağlı dərin narahatlığını ifadə edib. Onun sözlərinə görə, blokada və hərbi əməliyyatlar nəticəsində sağ qalanlar “aclıq həddinə çatdırılıb”.
Papa beynəlxalq ictimaiyyəti həm Ukraynada, həm də Qəzzada insan həyatını qorumağa çağırıb.
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ