İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris və Ər-Riyad HƏMAS-ı silahsızlaşdırmaq üçün gizli plan hazırlayır

 Fransa və Səudiyyə Ərəbistanı HƏMAS-ın silahsızlaşdırılması və Qaza zolağında siyasi struktur kimi qalması üçün plan hazırlayır.

Musavat.com xəbər verir ki, səudiyyəli rəsmilər artıq HƏMAS ilə əlaqə saxlayaraq bu təşəbbüsün irəliləyişini müzakirə ediblər.

Lakin Fransanın bu danışıqlarda nə qədər iştirak etdiyi məlum deyil, çünki HƏMAS həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən terror təşkilatı kimi tanınır. Mənbələr bildirir ki, HƏMAS-a siyasi hakimiyyətin müəyyən hissəsinin verilməsi onun silahsızlaşdırılmasına razılıq vermə ehtimalını artırır.

Bununla belə, İsrail hökuməti bu fikri rədd edə bilər, çünki Qaza müharibəsinin sonunda HƏMAS-ın siyasi prosesdən tamamilə çıxarılmasını tələb edir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR