Onlayn ictimai-siyasi qəzet
Arxiyepiskop Mikayel Ajapaxyana qarşı başlanmış cinayət işi çərçivəsində Erməni apostol kilsəsinin Şirak yeparxiyasında axtarış aparılır.
Teleqraf xəbər verir ki, bundan əvvəl onun vəkili Mihran Poqosyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin 30 maskalı xüsusi təyinatlısının Şirak yeparxiyasının qərargahına basqın etdiyini açıqlayıb.
Vəkil bildirib ki, hazırda orada axtarış aparılır.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsi üzrə (hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünü pozmağa, suverenlikdən imtinaya və ya konstitusiya quruluşunu zorla devirməyə açıq çağırışlar) cinayət işi başlanıb.
Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs Mübarizə” Hərəkatının liderləri və tərəfdarları Ermənistanda dövlət çevrilişinə və terror aktlarına cəhddə ittiham olunur.
İyunun 26-da bu ittihamlarla onlara qarşı cinayət işi açılıb, Baqrat Qalstanyan da daxil olmaqla, 20-dən çox şəxs həbs olunub.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ