Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistana səfəri çərçivəsində baş nazir Nikol Paşinyanla görüşüb.
Musavat.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Matviyenko ilə Paşinyan arasında görüş planlaşdırılmış vaxtdan daha çox davam edib.
Danışıqlar əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə davam etdirilib. Söhbətin təfərrüatları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Matviyenko Ermənistanda rəsmi səfərdədir. O, həmkarı Alen Simonyanla görüşüb və parlamentlərarası komissiyanın iclasında iştirak edib. Onun Onuncu Ermənistan-Rusiya Regionlararası Forumunda iştirakı da planlaşdırılır.
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ