Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin icarəyə verilməsi ilə bağlı planlardan danışıb. Musavat.com-un məlumatına görə o bildirib ki, Ermənistan yol infrastrukturlarına investisiya cəlb etmək və müəyyən funksiyaları həyata keçirmək üçün şirkət yaradılması məsələsini müzakirə edir.
Paşinyanın sözlərinə görə, söhbət torpaq sahələrinin icarəyə verilməsindən gedir. Ermənistan qanunvericiliyi bu sahədə tikinti hüququnu nəzərdə tutur. Şirkət investisiyalarını yollar, boru kəmərləri və elektrik xətləri kimi infrastruktur obyektlərinə yönəldə bilər. Müqavilə müddəti bitdikdən sonra isə bu infrastrukturlar dövlət mülkiyyətində qalacaq.
“Bütün bu variantlar müzakirə olunur, lakin hələ yekun qərar qəbul edilməyib”, – Paşinyan bildirib.
Baş nazir icarəyə vermə nümunələri kimi “Zvartnots” hava limanını, “Cənubi Qafqaz Dəmir Yolları”nı (ЮКЖД) və su təchizatı sistemini göstərib.
Musavat.com
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ