Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı yayılan ziddiyyətli xəbərlərə münasibət bildirib.
Musavat.com xəbər verir ki, o, bəzi KİV-lərdə Ermənistan rəsmilərinin mövqeləri arasında ziddiyyətlər olduğuna dair fikirlərin yayıldığını təsdiqləyərək bu vəziyyətin anlaşılmazlıq yaratdığını qeyd edib.
Baqdasaryan bildirib ki, vəziyyətin mürəkkəbləşməsinin əsas səbəbi bəzi texniki və hüquqi terminlərin, məsələn, “icarə”, “tikinti hüququ”, “konsepsiya” kimi anlayışların fərqli kontekstlərdə işlədilməsidir. Onun sözlərinə görə, bu anlayışlar konkret halda nəyi ifadə etdiyindən asılı olaraq fərqli məna kəsb edir və bu da cəmiyyətin və medianın çaşqınlığına səbəb olur.
O, Ermənistan Respublikasının rəsmi mövqeyini bir daha bəyan edərək vurğulayıb:
“Ermənistan ərazisindən keçəcək və ölkənin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası ilə uzlaşmayan nəqliyyat kommunikasiyası variantları heç vaxt müzakirə olunmayıb, olunmur və olunmayacaq.”
Baqdasaryan onu da əlavə edib ki, Ermənistan bu məsələdə kompromisə açıqdır, lakin yalnız öz suverenliyi və yurisdiksiyası çərçivəsində olan formatlarla bağlı:
“Ermənistan rəsmiləri içərisində "heç vaxt müzakirə olunmayıb" deyənlər, suverenliyə zidd formatları nəzərdə tutur. Digərləri isə, "tikinti hüququ" çərçivəsində suverenlik prinsiplərinə zidd olmayan modelləri müzakirə predmetinə çevirirlər”.
Mətbuat katibi, həmçinin xatırladıb ki, baş nazir Nikol Paşinyan 16 iyulda keçirdiyi mətbuat konfransında bu məsələlərə dair mövqeyini aydın şəkildə ifadə edib.
Baqdasaryan qeyd edib ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyi prinsipial məsələdir və bu heç kimə “verilə” bilməz. Lakin boru kəmərləri, dəmir yolları və yüksək gərginlikli elektrik xətləri üzrə kommersiya idarəçiliyi kimi məsələlər mümkündür və bu, beynəlxalq praktikada geniş yayılmışdır. Onun sözlərinə görə, Ermənistanda avtomobil yollarının texniki idarəçiliyi və xidməti indiyədək və indi də özəl şirkətlər tərəfindən həyata keçirilir və burada əsas məsələ bu idarəçiliyin keyfiyyətidir, bu isə artıq başqa mövzudur.
Musavat.com
02 Avqust 2025
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ