İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxt başqa yerə köçürülür?

Paytaxt gələcəkdə Ağdam olacaq.

Bunu "Yeni Sabah"a Milli Məclisin deputatı Aqil Abbas deyib.

O, Ağdamda aparılan tikinti işlərindən və şəhərin gələcək perspektivindən danışıb.

Deputatın sözlərinə görə, yeni şəhər 150-200 min nəfər üçün nəzərdə tutulub:

"Paytaxt gələcəkdə Ağdam olacaq. Şəhərin tikintisi və qurulması bunu göstərir. Küçələrin, prospektlərin eni 4 zolaq düz istiqamətdə, 4 zolaq geriyə gedir. 8 zolaqlı yollar çəkilir Ağdamda. Küçələrdə heçbir tıxac olmayacaq"

Aqil Abbas bildirib ki, müvafiq sənədləri, yəni Ağdam Rayon İcra Hakimiyyətinin qeydiyyatında olmayan şəxslər üçün belə yeni salınan şəhərdə qeydiyyata düşmək mümkün olacaq:

"Əgər bir nəfər Ağdamdan qaçqın düşübsə, o insanın qeydiyyata düşmə ilə bağlı problemi ola bilməz. Sənəd olmadığı halda qonşuların şahidliyi də var. Bir neçə ildir icra hakimiyyəti sənədlərin qeydiyyatını küçə-küçə aparır".

Xatırladaq ki, Azərbaycan paytaxtının Bakıdan köçürülməsi ideyası bir müddətdir sosial şəbəkələrdə müzakirə olunur. Şəhərin həddən artıq yükləndiyini əsas gətirən istifadəçilər Baş Planla belə Bakının müşküllərədn azad olmayacağı rəyini bölüşürlər. Yeni paytaxt variantları arasında Ağdamın da adı çəkilir. Onun ölkənin mərkəzində yerləşməsi və yenidən inşa olunması bu şəhərə həqiqətən müəyyən üstünlük qazandırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR