Onlayn ictimai-siyasi qəzet
Çində keçirilən hərbi paradda gözlənilməz hadisə yaşanıb.
Musavat.com xəbər verir ki, Cənubi Koreya Milli Assambleyasının spikeri Vu Von-şik ilə Şimali Koreya lideri Kim Çen In birbaşa təmas quraraq əl sıxıblar.
Agentlik Yonhap Newsun məlumatına görə, bu hadisə bu səhər Pekində baş tutan hərbi parad zamanı gerçəkləşib. Son illərdə iki Koreya arasında birbaşa ünsiyyətin nadir hallarda yaşandığı nəzərə alınsa, bu görüş xüsusi əhəmiyyət daşıyır.
Spikerin ofisindən verilən açıqlamaya əsasən, tərəflər arasında qısa söhbət də baş tutub. Lakin danışığın məzmunu yalnız 4 sentyabrda açıqlanacaq.
Musavat.com
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ