Onlayn ictimai-siyasi qəzet
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Den Keyn bildirib ki, İran ərazisinə endirilən son raket zərbələri 15 illik planlaşdırma və hazırlığın kulminasiyasıdır.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu əməliyyat təsadüfi qərar nəticəsində deyil, uzun illər ərzində müxtəlif səviyyələrdə aparılan strateji və texniki hazırlıqlar nəticəsində mümkün olub.
"Bu zərbələr bir gündə hazırlanmadı. Bu, illərlə davam edən elmi-texniki, kəşfiyyat və hərbi səylərin məntiqi nəticəsidir", — deyə Keyn vurğulayıb.
Paylaşılan kadrlarda ABŞ-ın sözügedən əməliyyatda istifadə etdiyi beton deşici silahın sınaqları nümayiş olunur. Bu tip silahlar yüksək möhkəmliyə malik bunkerləri və yeraltı obyektləri məhv etmək üçün nəzərdə tutulub.
Musavat.com
27 Iyun 2025
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ