Səhər saatlarında Rusiya ordusu Xerson şəhərinə raket zərbələri endirib.
Musavat.com xəbər verir ki, Xerson vilayəti hərbi administrasiyasının (OVA) məlumatına görə, hücum nəticəsində 1 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.
Yaralananlar arasında 16 yaşlı yeniyetmə də var. Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Hücum nəticəsində bir neçə yaşayış binası, mağazalar və ictimai obyektlər zədələnib.
Ukrayna tərəfi hadisəni mülki əhaliyə qarşı növbəti hücum kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti Rusiyanın hərbi cinayətlərinə reaksiya verməyə çağırıb.
Musavat.com






ŞƏRHLƏRŞƏRH YAZ