Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Kaliforniya ştatında ağır yol qəzası baş verib. Sərxoş vəziyyətdə olan miqrant idarə etdiyi yük maşını ilə bir neçə avtomobili vuraraq kütləvi qəza yaradıb.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb.
Məlumata görə, sürücü əvvəlcə bir neçə maşını toqquşdurub, daha sonra yol kənarında dayanmış avtomobillərə çırpılıb. Nəticədə onlardan biri alışaraq yanıb.
İstintaq məlumatına əsasən, qəzanı törədən şəxs 2022-ci ildə ABŞ sərhədini qeyri-qanuni keçib və məhkəmə dinləmələrinə qədər sərbəst buraxılmışdı.
Hadisə ictimaiyyətdə miqrasiya siyasəti və təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi ilə bağlı yeni müzakirələrə səbəb olub.
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ