Onlayn ictimai-siyasi qəzet
2019–2024-cü illərdə müdafiə naziri və baş nazir vəzifələrində çalışmış İrakli Qaribaşvili gizli şəkildə biznes fəaliyyəti ilə məşğul olub və xüsusilə böyük həcmdə qanunsuz gəlir əldə edib.
Musavat.com xəbər verir ki, bu barədə “Exo Kavkaza” (“Эхо Кавказа”) saytı Gürcüstan Baş Prokurorluğuna istinadən xəbər verir.
Prokurorluğun məlumatına əsasən, Qaribaşvili gəlirlərini leqallaşdırmaq məqsədilə bəyannamələrdə yalan məlumatlar göstərərək, guya hər il yaxın qohumundan pul hədiyyələri aldığı barədə yanlış bəyanatlar verib. Bu yolla o, 830 min lari (təxminən 301 min ABŞ dolları) məbləğində vəsaiti leqallaşdırmağa çalışıb.
İttiham aktında qeyd olunur ki, 2023–2024-cü illərdə Qaribaşvili əlaqəli şəxsin adına iki bahalı avtomobil alıb, ailə üzvü vasitəsilə daşınmaz əmlaka malik şirkəti əldə edib və təxminən 1,3 milyon dolları müxtəlif aktivlərə yatırıb.
Axtarış zamanı hüquq-mühafizə orqanları Qaribaşvilinin mənzilində 6,5 milyon dollar məbləğində nağd pul aşkarlayıb. Məlumata görə, sabiq baş nazir öz günahını tam etiraf edib.
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ