İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyevin erməni qayınanasının məzarından GÖRÜNTÜLƏR üzə çıxdı (FOTO, VİDEO)

Məzara qulluq edən qəbiristanlıq işçisi NƏLƏR DEDİ?

“Qalina anasının yasında ağlayıb, erməni dilində danışırdı”

Ramiz Mehdiyevin qayınanasının kimliyi barədə TV Müsavata maraqlı məlumat daxil olub.

Musavat.com xəbər verir ki, TV Müsavatın “Səhər Xəbər” verilişində Ramiz Mehdiyevin arvadı Qalina Mehdiyevanın anası Natela Kondratevna Qurskayanın (Nadaraya) məzarı, basdırılığı məkanın görüntüləri yayılıb. N.Quskaya 1923 -cü ilin fevralın 23-də anadan olub və 2007-ci ilin martın 26-da ölüb.

Onun qəbri Bakının Yasamal rayonu ərazisində yerləşən “Qurd qapısı”nda xristianlara mənsub qəbiristanlıqdadır. TV Müsavata bu məlumatları ötürən mənbə bildirib ki, Ramiz Mehdiyevin qayınanasının dəfnində məhdud sayda,ailəyə yaxın hesab edilən adamlar iştirak edib. Qalina Qurskaya Mehdiyeva anasının dəfnində ağlayaraq, erməni dilində ifadələr işlədirmiş. Həmin vaxt ətrafda olan şəxslər də onu sakitləşdirməyə çalışıblar.

Natela Qurskayanın qəbiri xüsusi altı metr hündürlükdə qala divarla əhatə olunub və dəmir qapı ilə mühafizə olunur. Qapının açarının bir nüsxəsi ailədə,digəri isə təmizlik işlərinə baxan qəbiristanlıq əməkdaşlarındadır. Mənbəmiz eyni zamanda bildirib ki, iki aydan artıqdır ailədən məzara baş çəkən yoxdur. Ailənin başı özünə qarışdığı üçün erməni nənələrini yaddan çıxarıblar. Mehdiyevlər ailəsinin məzarlıq işçilərinə də pul borcu var. Mənbəmiz daha sonra deyir: “Mən məzarlığa getdim, orda məzara baxan xadimə ilə danışdım. Xadimə dedi ki, “buraya tez-tez o qoca,əsə-əsə gəzən arvad (Ramiz Mehdiyevin arvadı,Qalina Mehdiyevanı nəzərdə tutur) gəlirdi.Özü də 10-AA-501 dövlət nömrə nişanlı avtomobillə. Bir də hərdən o bankda işləyən qız da (gəlini Nigar Mehdiyevanı nəzərdə tutur) gəlirdi. İki aydır ki, nədənsə, gəlmirlər.Bizə də hər dəfə 20 manat pul verirdilər. Axırıncı dəfə təmizlədik,dedikləri işləri gördük, amma pulumuzu vermədilər.Sonra eşitdim ki,bunlar ermənidilər... Bunlar doğurdan da ermənidirlər? Erməni olduqlarını eşidəndən sonra daha təmizləmirəm”. Hər halda məzarlığın əməkdaşı belə dedi mənə”.

Musavat.com R.Mehdiyevin erməni qayınanasının məzarından çəkilən görüntüləri nəzərinizə çatdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR