Parlament bu hakimlərlə bağlı qərar verdi
Milli Məclisin bu gün keçirilən plenar iclasında bir sıra məhkəmələrin hakimləri ilə bağlı məsələyə baxılıb.
Musavat.com xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Adilxan oğlu Xəlilov Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Zaur oğlu Hümbətov, Bakı İnzibati Məhkəməsinin hakimləri Həmid Azər oğlu Ağalarov, Fərid İlham oğlu Mədətli, Günel Arif qızı Sevdimalıyeva və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sədri Qasımov Vidadi Kamal oğlu Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediliblər.
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Əkrəm Sabir oğlu Qəhrəmanov və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Tural Nurulla oğlu Məmmədov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin ediliblər.
E.Paşasoy,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ