İnsanlara hürriyət, millətlərə istiqlal!

Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”

Aktrisa Pərvin Abıyeva barmağındakı təkqaş üzük barədə yayılan nişanlanma iddialarına aydınlıq gətirib.

Musavat.com xəbər verir ki, sənətçi sosial şəbəkədə canlı yayım zamanı izləyicilərin diqqətini çəkən üzüyə münasibət bildirib.

Nişanlandığı ilə bağlı yayılan söz-söhbətləri təkzib edən Pərvin üzüyün keçmişə aid olduğunu deyib:

“Çoxdan qalıb. O vaxtın mövzusudur. İndi sadəcə aksessuar kimi istifadə edirəm. Mənim üçün bitən bitir. Ayrıldımsa, getdi. Bir müddət varlığına öyrəşirsən, sonra yoxluğuna”.

Sözləri ilə şəxsi həyatına dair qapalı mövqe sərgiləyən aktrisa keçmiş münasibətlərinə də toxunub. O, artıq geridə qalanlara dönmədiyini və həyatında yeni mərhələyə keçdiyini bildirib.

Qeyd edək ki, son dövrlərdə sosial mediada Pərvin Abıyevanın nişanlandığı ilə bağlı müxtəlif iddialar səsləndirilirdi.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR