İnsanlara hürriyət, millətlərə istiqlal!

Peyk görüntüləri YAYILDI: Rusiya hərbi təyyarələr üçün gizli sığınacaqlar TİKİR

Rusiya öz hərbi bazalarında təyyarələr üçün sığınacaqlar tikməyə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə OSINT analitiki Def Mon "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bu sığınacaqların tikintisinə dair izləri peyk görüntülərində görmək mümkündür. Bu işlər Krımın Kirovski aerodromunda, həmçinin Sevastopol, Qvardeyskoye və Sakidə müşahidə olunub.

Rusiya ərazisində isə analoji tikinti işləri Yeysk, Krımsk, Primorsko-Axtarsk, Adıgey bölgəsində yerləşən Xanskaya aviabazası, həmçinin Millerovo, Axtubinsk, Borisoglebsk, Kursk və Lipetskdə, eləcə də strateji aviasiya bazası olan Enqelsdə aparılır.

Qeyd edək ki, bir həftə əvvəl Ukrayna xüsusi xidmət orqanlarının həyata keçirdiyi “Hörümçək toru” əməliyyatı nəticəsində Rusiya bir neçə strateji bombardmançı "Tu-95" və "Tu-22M" təyyarələrini itirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR