İnsanlara hürriyət, millətlərə istiqlal!

Polad Bülbüloğlu və Çingiz Abdullayev bizi Kremlə SATDILAR – şok görüntülər “Canlı debat”da

Bakıda keçirilən XI Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ən qalmaqallı məqam Rusiya milli stendinin açılışında yaşanıb.

Musavat.com xəbər verir ki, tədbirdə Azərbaycanın iki tanınmış siması – Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, sabiq Moskva səfiri Polad Bülbüloğlu və xalq yazıçısı Çingiz Abdullayev Rusiyanın təşkil etdiyi mərasimdə tribunaya çıxaraq “dostluq” və “əməkdaşlıq”dan danışıblar.

Halbuki Rusiya son 11 ayda Azərbaycana qarşı bütün gücü ilə informasiya, siyasi və diplomatik hücumlar həyata keçirir, ölkə rəhbərliyini və dövlət başçısını hədəf alır, qarayaxma kampaniyası aparır. Kremlin bu təbliğat maşınının hədəfi Azərbaycan dövlətidir, amma Polad Bülbüloğlu və Çingiz Abdullayevin son bir ildə susqunluğu və Moskvanın yanında görünməsi haqlı narazılıq doğurur.

Onların bu çıxışları Rusiya səfirliyi və Rusiya Xarici İşlər Nazirliyi tərəfindən xüsusi olaraq tirajlanıb. Kreml bu addımı “Azərbaycan ziyalılarının Rusiyanın yanında dayanması” mesajı kimi təqdim etməyə çalışır.

Bəs bu simalar kimdir – Azərbaycanı təmsil edən şəxslər, yoxsa Rusiyanın təbliğat vitrininə çevrilmiş fiqurlar? Cavab gözləyən əsas sual budur. Azərbaycanın müvafiq dövlət qurumları bu sualı ictimaiyyət qarşısında cavablandırmalıdır.

Qeyd edək ki, tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov da iştirak edib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Azər Həsrətdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR