Onlayn ictimai-siyasi qəzet
Səbail rayonunda polis özünü dənizə atan qadını xilas edib.
Musavat.com xəbər verir ki, hadisə Dənizkənarı Milli Park ərazisində baş verib. Belə ki, bulvarda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Məlumata görə, dənizdə üzərək batma təhlükəsi ilə üzləşən qadına yaxınlaşan polis FHN-nin əməkdaşları ilə birgə onu karterlə sahilə çıxarıb. 2000-ci il təvəllüdlü şəxs tibb personalına təhvil verilib.
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ